Müasir dövrdə ingilis dili biliyinə istər sosial, istərsə də tədris həyatında hava və su qədər ehtiyac vardır. Yaşından asılı olmayaraq hər kəs ingilis dilini öyrənmək arzusundadır. İngilis dilini öyrənərkən hamı dili necə daha rahat və asan üsulla öyrənəcəyi haqqında düşünür. Sözsüz ki, yetişkinlər dil öyrənərkən müxtəlif metodlar istifadə edir, daha çox düşünüb, daha çox praktika etmə imkanları yaratma qabiliyyətinə malik olur.  Lakin, uşaqlar üçün dil öyrənmə prossesi, yetişkinlər ilə eyni cür olmur. Uşaqların dil öyrənmə prossesi yetişkin insanlara nisbətən daha rahat olur. Hətta xalq arasında “xarici dili uşaqlıqdan öyrənmək lazımdır” deyə bir məsəl vardır. Lakin, uşaqların tez sıxılması və fikirlərinin tez yayılması kitab dəftərlərlə aralarının yaxşı olmamasına gətirib çıxarır. Bəs uşaqlar ingilis dilini daha asan və əyləncəli yolla necə öyrənə bilər? Budəfəki bloqumuzda sizə bu mövzu haqqında ətraflı məlumat verəcəyik.

İlk öncə bilmək lazımdır ki, uşaqlara sadəcə əyləncəli metodlarla dili mənimsətmək lazımdır. Əyləncəli metodlar dedikdə, müxtəlif cizgi filmlər izləmə, maraqlı nağıllar oxuma, istər intellektual, istər əyləncəli oyunlar oynama və s. nəzərdə tutulur. Ən aktual öyrənmə metodu, cizgi filmlərinə baxmaqdır. Cizgi filmlərinin məişət üslubunda və sadə dildə olması uşaqların rahatca anlamasını və yadda saxlamasını təmin edir. Həmçinin, ingilis dilində maraqlı nağılların oxunması, uşaqların Listening bacarıqlarının inkişaf etməsini təmin edir.

Uşaqlar üçün ingiliscə 3 maraqlı nağıl

 

  • The Princess and the Pea – Şəhzadə və noxud
  • Little Red Riding Hood – Qırmızı papaq
  • The Tale of Peter Rabbit – Peter dovşanının nağılı

 

Əyləncəli oyunlar, uşaqların ingilis dilini motivasiyalı və sevərək öyrənməsini təmin edəcəkdir. Bu oyunlara monopoliya və səssiz sinema-nı misal göstərmək olar.

Lakin, uşaqlar hər nə qədər söz öyrənsələr də, praktiki olaraq öyrəndiklərini tətbiq etməlidirlər. Əks halda, effektiv olmayacaqdır. Bu səbəbdən də, uşaqların xüsusi danışıq klublarında iştirak etməsi məqsədəuyğun olacaqdır.

Level C Colleges-in uşaqlar üçün tərtib etdiyi xüsusi danışıq və Karaoke klubları, uşaqların praktika edərək ingilis dilini mənimsəmələrini və digər yaşıdları ilə daha əyləncəli vaxt keçirmələrini təmin edəcəkdir.