İngilis dilini niyə öyrənmək lazım olduğu haqqında ötən bloqlarımızdan birində bəhs etmişdik. İngilis dilini öyrənmək insanlara çox zaman qəliz gəlir. Lakin, düzgün metodika və motivasiya ilə öyrənilməsi heç də çətin deyil. Bəzi kurslar uzun vadəlik aşağı keyfiyyət, yüksək məbləğ strategiyası ilə tələbələrin vaxtını və büdcəsini məhv edir. Bu da insanlara ingilis dilinin öyrənilməsi çətin və səlis danışılması qeyri-mümkün olan bir dil kimi gəlir. Lakin, dil öyrənərkən diqqət yetirilməli olan bir nüans var o da, dili həyatın bir parçasına çevirməkdir. Gün ərzində gördüyünüz, eşitdiyiniz, danışdığınız və oxuduğunuz hər bir mövzu İngiliscə olmalıdır. Qulağa çılğınca və qəliz gələ bilər. Lakin, bunu rutin halına saldıqdan sonra effektivliliyin və nəticənin necə müsbətə doğru irəlilədiyinə şahid olacaqsınız.

İllərdir Youtube platforması insanların istər öyrənmək, istərsə də əylənmək məqsədilə ən çox istifadə etdiyi sosial mediadır. Bu platforma həmçinin İngiliscə materialların rahatlıqla tapıldığı və praktika edildiyi əvəzolunmaz bir yerdir. Bu bloqumuzda sizə YouTube platformasında İngilis dilinizi inkişaf etdirə biləcəyiniz 5 maraqlı və öyrədici YouTube kanalı haqqında bəhs edəcəyik:


1 – Lingua Marina

İstər qrammatik cəhətdən, istərsə də praktika edərək İngiliscə öyrənmək istəyirsinizsə, 5 milyona yaxın abonəliyi olan bu məşhur YouTube kanalına nəzər yetirə bilərsiniz. Belə ki, kanalın sahibinin hekayəsi də sizə ilham verəcək. Ana dili İngiliscə olmayan Marina bir Youtube kanalı açaraq bu dili öyrənmək qərarına gəlir. Marina videolar çəkərək həm özü öyrənir, həm də insanlarla öyrəndiklərini paylaşır. Bu kanal İngiliscənizi inkişaf etdirmək üçün əvəzsiz bir kanala çevriləcəkdir.


2 – TedX Talks 

İngiliscə və YouTube sözlərini dedikdə ağıla ilk gələn kanal əlbəttə ki, hər kəsin bildiyi TedX çıxışlarıdır. Müxtəlif mövzuları əhatə edən bu kanal, İngiliscə maraq dairənizə və səviyyənizə uyğun hər mövzuya toxunur.


3 – Learn English with TV series

Dil öyrənərkən çox eşitdiyimiz cümlə seriallara və filmlərə baxaraq dili öyrənməyin mümkünlüyüdür. Bu kanal sizə serial və filmlərdən olan parçalarla İngiliscə cümlələri və ya frazeoloji birləşmələri aydın şəkildə mənimsədir. Learn English with TV series kanalı maraqlı və öyrədici kontenti ilə İngilis dilini əyləncəli şəkildə öyrənmənizi təmin edir.


4 – MmmEnglish

İngiliscə qrammatikaların aydın şəkildə izahını verən bu kanal vasitəsilə siz qrammatik biliklərə sahib ola bilərsiniz. Həmçinin, maraqlı hekayə videoları ilə Listening bacarıqlarınızı da inkişaf etdirəcəksiniz.


5 - Nikkie Tutorials

Məşhur YouTuberlərdən olan Nikkie günlük danışıq ilə məişət üslubunda İngilis dilini praktik etməyiniz üçün əvəzedilməz olacaqdır.

Qeyd etdiyimiz bu 5 YouTube kanalı İngiliscənizi inkişaf etdirmək üçün sizə faydalı olacaq. Ümid edirik bloqumuz da sizin üçün faydalı oldu. Xarici dillər barədə daha çox faydalı və maraqlı bloqlar üçün Level C Colleges-i izləmədə qalın.