Günümüzdə denıək olar ki, hər bir insanın arzusu xarici dil öyrənmək ilə bağlıdır. Ancaq, real olan budur ki, istər karyera və təhsilimizdə, istər mədəniyyətlərlə daha yaxından tanış olmaq, istərsə də səyahətlər üçün xarici dil önəmlidir. Bildiyimiz kimi xarici dil öyrənməyin bir sıra asan yolları mövcuddur.

Bəs tələbələrin əksəriyyətinin xarici dili öyrənərkən çətinlik çəkməyinə səbəb olan nədir?

Dili öyrənərkən çoxumuza qəliz gəlməsinin səbəblərindən biri sistem problemidir. Yəni dil öyrənərkən sıra və nəyin hansı sırayla öyrənildiyini bilmək çox vacib şərtdir. əks halda, tələbələrin əksəriyyəti necə lüğət öyrənəcəyini, “listening”, “writing” və “speaking” bacarıqlarını inkişaf etdirmək üçün nə etməli olduğunu bilmirlər.

Biz xarici dili daha səmərəli öyrənmək üçün bir çox kitab, məqalə, jurnal və qısa mətnlər oxumalı və məzmununu başa düşmək üçün tərcümə etməliyik. Ancaq, biz hər hansısa dildə mətn tərcümə edərkən sözsüz ki, bilmədiyimiz sözlərlə rastlaşırıq və yaxud söz bazamız az olduğu üçün mətn tərcümə etməkdə çətinlik çəkirik. Bəs bu zaman nə etməliyik?

Az söz bilməyimizə baxmayaraq, mətnin ümumi kontekstual mənasını anlamaq üçün çox da mükəmməl söz bazasına ehtiyac yoxdur. Məsələn əgər mətni oxusaq mətndən müəyyən qədər anlayış toplamış olacıyıq. Bizə verilən mətn üçün suallar mövcuddursa, həmin suallar mətnin məzmununu daha yaxşı başa düşmək üçün kömək edəcəkdir. Əgər mətni söz-söz tərcümə etsək o zaman ümumi mənadan uzaqlaşmış olarıq. Nəticə olaraq bir mətnin, və yaxud da xarici dildə olan jurnalın məzmununu anlamaq üçün az söz bazası da kifayət edir.