Dil yalnız ünsiyyət vasitəsi deyil, eləcə də dünya barəsində təsəvvür yaradan təbii intellektual bir sistemdir. Hər bir dil ayrı-ayrılıqda dünya haqqında insan beynində təxəyyül yaradır. Dil, yer üzündəki bütün insanlar üçün mənliyin, duyğu və düşüncələrin, bütün maddi və mənəvi dəyərlərin ortaq xəzinəsidir. Həmçinin, dil özlüyündə bir mədəniyyət simvoludur. Hal-hazırda dünyada 7000-ə yaxın dilin mövcud olması, minlərlə mədəniyyətin də mövcudluğunun bariz nümunəsidir.


Bütün millətlər dünyanın inkişafına ayaq uydurmalı və mütəmadiən mədəni, siyasi, iqtisadi əlaqələrin qurulmasını təmin etmədilir. Dünyada bu qədər ölkə, insan və dilin olması insanları bir-birilərindən ayrı salmamalı, ortaq mövqeyə aid etməlidir. Bu səbəbdən də, beynəlxalq aləmdə dünya dilinə ehtiyac yaranmışdır. Hazırda 7 əsas dil dünya dili hesab olunur. Bu dünya dilləri sırasında ilk pilləni isə, ingilis dili tutur hansı ki, 2 milyarda yaxın insan ingiliscə danışır.


İngilis dilinin dünya dilləri sırasında ilk pillədə olmasının və bu qədər çox insan tərəfindən danışılmasının əsas səbəblərindən biri, digər dillərə nəzərən qrammatik və leksik cəhətdən daha rahat olmasıdır. Belə ki, ingilis dilini öyrənərkən ilkin qrammatik biliklərə sahib olmaqla, sürətli şəkildə dili mənimsəmək mümkündür.


Bəs ingilis dilini niyə öyrənməliyik? Bu dili öyrənmək bizə nə kimi avantaj verəcək? İlk bloqumuzda bu mövzuya toxunaraq, bütün bu vacib sualları ətraflı şəkildə cavablayacağıq.


-İngilis dili öyrənərək siz, beyin fəaliyyətinizi maxsimuma çatdıraraq, intellektuallığını artıracaqsınız.

-Dünyanın istənilən ölkəsindən olan insanlarla ünsiyyət qura biləcəksiniz.

-Təhsilinizi daha rahat və yüksək səviyyədə alacaqsınız

-Xaricdə təhsil almaq imkanınız olacaq

-Kareyranızı daha irəliyə götürəcəksiniz

-Sevdiyiniz oyun, film, serial və s. bu kimi əyləncəli aktivliklərdən daha çox həzz alacaqsınız

-Yeni dil öyrənmə beyin əzələlərini daima aktiv saxlayaraq, sizi həm intellektual, həm də sağlam zehinlə təmin edəcəkdir. Xarici dil öyrəndiyiniz təqdirdə yaddaşınız güclənir, diqqət müddətiniz artır, yaşlanma ilə əlaqədar ortaya çıxan idrak problemləri riski azalır.


Artıq xarici dil öyrənmək düşündüyünüzdən daha asandır. İngilis dilini sadəcə qrammatika ilə deyil, daha çox praktika edərək öyrənmək çox daha əlverişli və asandır. Level C Colleges sizin ingilis dilini daha keyfiyyətli şəkildə öyrənməniz üçün müxtəlif xidmətlər təklif edərək peşəkar müəllimlər tərəfindən mükəmməl tədrisi təmin edir.


Peşəkar müəllim heyətimiz yaşından asılı olmayaraq ingilis dili öyrənmək istəyən hər kəs üçün dərslər keçərək tələbələrinin qısa vaxt ərzində yüksək nəticələr əldə etməklərinə kömək edəcək. Məqsədimiz tələbələrə əyləncə ilə dil öyrənməyi birləşdirib, kursda komfort zona yaratmaq və arzuladıqları dil səviyyəsinə çatmaqda köməklik etməkdir.