Sovetlər Birliyindən ayrıldığımızdan bəri illər keçsə belə, hələ də ölkəmizdə xüsusilə də Bakıda rus dilinə tələbatın olması davam etməkdədir. Yaxın tarixə nəzər saldıqda hələ də ölkəmizdə rus dilinin çox istifadə edilmə səbəblərini anlamaq mümkündür. Bununla yanaşı, rus dilinin incəliyi və üstünlüyü insanların bu dili öyrənməsinə təkan verir. Lakin, rus dilini öyrənmək insanlara, ingilis dilini öyrənməkdən nisbətən daha çətin gəlir. Bunun əsas səbəblərindən biri, rus dilinin qrammatikasıdır. Qrammatikanın müxtəlifliyi insanlarda fikir qarışıqlığı yarada bilir. Həmçinin, rus dilinin yazıldığı kimi oxunan bir dil olmaması,  insanlarda bu dili öyrənərkən tələffüz zamanı çətinlik yaradan amillərdən biridir. Sadaladığımız bu amillər, rus dili öyrənərkən qarşılaşılan çətinliklərdəndir. Lakin, unutmamaq lazımdır ki, 2-ci dil hesab olunan hər dili öyrənərkən bu kimi çətinliklərlə qarşılaşılır. Önəmli olan bu dili motivasiya və düzgün metodlarla öyrənməkdir.

Bəs rus dilini öyrənmək sizə nə kimi avantajlar verəcək? Rus dilini niyə öyrənmək lazımdır? Bloqumuzun əsas məqsədi yaşından asılı olmayaraq hər kəsin ağlında olan bu suallara cavab tapmaqdır.

Dünyada təxminən 158 milyon insanın rus dilində danışmasından savayı, rus dili dünya dilləri sırasından 7-ci sıradadır. Yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmizdə də rus dilinə istər sosial, istər dərs-iş həyatında ehtiyac vardır. Rus sektorunda təhsil alarkən, universitetdə bir çox mənbələrə yiyələnmək istəyərkən, xarici ədəbiyyatı daha dolğun şəkildə oxuyarkən, işə qəbul prossesində, yaxın və uzaq ölkələrə səyahət edərkən və s. rus dilinə ehtiyac duyulur. Bütün bu ehtiyacları təmin etmək üçün, rus dilini öyrənmək sizə sosial və tədris həyatınızda hədsiz avantajlar qatacaqdır.

Rus dilini necə düzgün formada öyrənmək olar?

Qeyd etdiyimiz kimi, rus dili öyrənərkən qrammatik cəhətdən çətinliklərlə qarşılaşmaq qaçınılmazdır. Bu dili öyrənərkən ağlımızda tutmalı olduğumuz əsas hissə, bu dilin bizim ana dilimiz olamamasının fərqində olmaqdır. Çünki, bəzən səhv tələffüz və ya qrammatik cəhətdən edilən yanlışlar digər insanlar tərəfindən qınaq mənbəyi ola bilir. Bu, dil öyrənən insanı motivasiyadan salmamalıdır. Bu səbəbdən də, rus dili öyrənərkən çox praktika etmək və digər insanların qınayıcı fikirlərinə önəm verməmək lazımdır. Unutmamaq lazımdır ki, dil öyrənərkən edilən səhvlər çox normaldır. Zaman-zaman Listening və Speaking bacarıqlarını inkişaf etdirərək, edilən  bütün səhvlərin üstəsindən gəlmək mümkündür.

Digər önəmli faktorlardan biri də, rus dilini düzgün metodlarla öyrənməkdir. Rus dilini öyrənməyə başlayarkən, peşəkar mentor tərəfindən doğru metodlarla tədris almaq daha məqsədəuyğun olacaqdır.

Ümid edirik, bu bloqumuz sizin üçün faydalı oldu. Əgər siz də rus dili öyrənmək arzusundasınızsa, Level C Colleges-ə müraciət edə və keyfiyyətli tədris metodlarından yararlana bilərsiniz.

Level C Colleges-in peşəkar müəllimləri tərəfindən rus dilini əyləncəli və mükəmməl tədris metodları vasitəsilə öyrənin!